XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

07 Avqust 2019 - 17:25

Peşə məktəblərinə sənəd verənlərin sayı açıqlanıb –Təhsil Nazirliyi

2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu avqustun 20-dək davam edəcək. 

Təhsil Nazirliyindən verilən məlumata görə, bu gün saat 15:00-dək olan məlumata əsasən, artıq 3 300-dən çox vətəndaş müraciəti qeydə alınıb.

Müraciət edənlər əsasən aşpaz, dərzi, heyvandarlıq mütəxəssisi, turizm təşkilatçısı və aqroservis mütəxəssisi ixtisaslarına üstünlük veriblər.

Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.