XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Yanvar 2016 - 17:09

Məşhur azərbaycanlı idmançı [color=red]vəfat etdi

Azərbaycanın məşhur boksçusu Emil İsrafilbəyov (Emil Baku) vəfat edib.

Bu barədə avropa çempionu Ağaəli Alışov məlumat yayıb.

O, boksçunun ölümü haqda məlumatı yaxın dəqiqələrdə aldığını qeyd edib.

Xatırladaq ki, Emil İsrafilbəyov beyin xərçəngindən əziyyət çəkirdi. Onun müalicəsi ilə bağlı ianə kampaniyaları təşkil olunmuş, idmançı dostu Ağaəli Alışov bu məqsədlə hətta çempionluq kəmərini də satışa çıxarmışdı.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Emil və onun qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-a köçüblər. Peşəkar boksla məşğul olan hər iki qardaş özlərinə “Baku” ləqəbini seçiblər.

Allah rəhmət eləsin!

Qafqazinfo.az