XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Avqust 2019 - 00:18

Qran-pri turniri:Azərbaycanın 5 güləşçisi finala yüksəlib

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri turniri start götürüb.

APA-nın məlumatına görə, ilk yarış günündə sərbəst güləşçilərimizdən Əhmədnəbi Qvarzatilov (61 kq) və Şamil Zubairov (92 kq) finala yüksəlib. Pərviz İbrahimov (61 kq) ilə Rəşad Yusifli (79 kq) bürünc medal uğrunda mübarizə aparacaq.

Yunan-Roma güləşçilərimiz isə maksimum nəticəyə imza atıb. İlk gündə xalçaya çıxan yığmamızın üç üzvü də finala vəsiqə qazanıb. 63 kq-da Murad Məmmədov və Elman Muxtarov finalda üz-üzə gələcək. Digər finalçımız isə İslambek Dadovdur (72 kq).

Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah keçiriləcək.