XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

08 Avqust 2019 - 10:28

Bakı-Sumqayıt yolunda qəza baş verib –xəsarət alanlar var

Turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobusun toqquşması nəticəsində Bakı-Sumqayıt magistralında sıxlıq müşahidə edilir.

Bu barədə APA-ya Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirilib. Qeyd olunub ki, hazırda DANX-ın və DYP-nin əməkdaşları hadisə yerindədirlər.

İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü yağışlı havada sıxlıqdan çıxmağa cəhd edərək idarəetməni itirib və 525 saylı sərnişin avtobusunu çaşdırıb. Nəticədə 525 saylı avtobus tur şirkətə məxsus avtobusa çırpılıb.

Hadisə nəticəsində ölən olmayıb. Hazırda hadisə ilə bağlı yollarda sıxlıq müşahidə edilir. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq.

Avtoqəza nəticəsində Respublika Klinik Xəstəxanasına 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər olmaqla ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib.

Səhiyyə Nazirliyindən bildirilib ki, xəsarət alanlara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.

***

Bu gün saat 08.00 radələrində Bakı-Sumqayıt yolunda yağışlı hava şəraitində 525 saylı marşrut xəttinə məxsus olan sərnişin avtobusu “Hyundai” markalı digər avtobusla toqquşub.

Bu barədə APA-ya “Faiq Xaliqoğlu” MMC-dən bildirilib. Qeyd olunub ki, yolun sürüşkən olması səbəbindən “Hyundai” markalı avtobus daha sonra 199 saylı xətt üzrə hərəkət edən digər avtobusa dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb və nəqliyyat vasitələrinə yüngül ziyan dəyib.

***

Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib.

Qəzada 199 nömrəli marşrut avtobusu digər sərnişin avtobusu ilə toqquşub, xəsarət alanlar var.

Yol-nəqliyyat hadisəsi nəticəsində yolda tıxac yaranıb.