XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

07 May 2015 - 10:22

Putin Qırğızıstanı Avrasiya İttifaqına çəkir

qirqiz_1.jpg

Qırğızıstanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvlüyü məsələsi sabah qurumun Moskvada keçiriləcək Ali Şurasının toplantısında müzakirə ediləcək. Bişkekin bütün səylərinə baxmayaraq Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü ləngiyir. Hələ ki, Qırğızıstanın İttifaqa qoşulması ilə bağlı müqavilələr ratifikasiya olunmayıb.

Qırğızıstan tələb edir ki, çinlə imzalanmış müqavilələr çərçivəsində ölkədə infrastrukturun inkişafı layihələri üçün gətirilən malların gömrükdən keçməsinə güzəşt tətbiq olunsun. Bişkek həmçinin ölkənin veterinar sisteminin əlavə audit olunmadan standartlara uyğun sayılmasınıda da təkid edir.

Bununla belə, ekspertlər Qırğızıstanının Aİİ -ə üzvlük üçün “Yol xəritəsi”ni icra etmədiyinə diqqət çəkirlər. Bu isə AİB-in əsas prinsiplərinin pozulması kimi qiymətləndirilir.

Təhlilçilər qeyd edirlər ki, AİB üzvləri Qazaxıstan, Belarusiya Bişkekə əlavə güzəştlər verilməsinin əleyhinə çıxış edirlər. Lakin Kreml AİB-in genişlənməsində çox maraqlıdır və Rusiya prezidenti Vladimir Putin tezliklə bu məsələnin həllini istəyir. Digər üzvlərin isə Kremlin bu istəyinə qarşı çıxacağı inandırıcı görünmür.

Xatırladaq ki, 2015-ci il, yanvarın 1-dən fəaliyyətə başlayan Aİİ -də Rusiya, Qazaxstan və Belarusiya və Ermənistan birləşib.

Strateq.az