XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

09 Avqust 2019 - 14:13

Aeroport yolunda qəza olub –ana və 6 aylıq körpəsi xəsarət alıb

Aeroport yolunda, Sabunçu keçidinin yaxınlığında qəza baş verib.

APA-nın xəbərinə görə, qəza zamanı 30 yaşlı qadın və onun 6 aylıq qızı xəsarət alıblar.

Yaralılar hadisə şahidlərinin köməkliyi ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdiriliblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daha sonra yaralılar Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Bildirilib ki, qadın alın nahiyəsinin kəsilmiş yarası, uşaq isə qapalı kəllə beyin travması və təpə sümüyünün zədələnməsi xəsarətləri alıblar.

Hazırda onların müalicələri davam edir.