Avropa Oyunları ərəfəsində nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət qoyulacaq.
Strateq.az ANS TV-yə istinadən xəbər verir ki, məhdudiyyət Avropa Oyunlarının keçirildiyi yollardan istifadə edən nəqliyyat vasitələrinə şamil olunacaq. Bununla bağlı Nəqliyyat Nazirliyi sürücülərə xəbərdarlıq edir.
Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib ki, əgər Bakı-Dairəvi yolunda I Avropa Oyunları ilə əlaqədar hansısa bir oyun keçirilərsə, o zaman nəqliyyatın hərəkətində məhdudiyyətlər olacaq:
“Məhdudiyyət ümumidir. Kimin haradan gəlməsindən asılı olmayaraq, fərq qoyulmur. İstər rayondan gələn, istərdə də paytaxt sakinlərinə. Hər kəsin üzünə giriş qapıları açıqdır. Sadəcə oyunlar keçirilən ərəfədə xahiş olunur ki, mümkün qədər ictiami nəqliyyatdan istifadə edilsin. öz avtomobillərini şəhərin kənarında saxlasınlar”.
Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-dən 28-dək Bakıda keçiriləcək.