XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 August 2019 - 17:41

Azərbaycanda dəmiryolçuların sayı azalır –ADY-də işçilərin sayı 5922-yə düşüb

«Azərbaycan Dəmir Yolları» (ADY) Qapalı Səhmdar Cəmiyyətinin işçiləri ilbəil azalmaqdadır.

Bu barədə rəqəmlər qurumun əsas fəaliyyət göstəriciləri ilə bağlı  hesabatında yer alıb. Hesabatla ADY-nın saytında tanış olmaq mümkündür.

Həmin hesabata görə, bu ilin birinci rübündə ADY-də işçilərin ümumi sayı 5922-yə düşüb. Halbuki, ötən ilin sonunda bu rəqəm 6129 olub.

Hesabata görə, 2017-ci il ərzində də 1300-dən çox şəxs iş yerlərini itirib. 2016 və 2015-ci ilin hər birində isə bu qurumda 300-dən çox işçi ilə yollar ayrılıb.