XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2016 - 08:23

Sahibkarlara güzəşt sənədi[color=red] – YENİLİK

Azərbaycanda sahibkarlara "investisiya təşviqi sənədi"nin verilməsi təklif edilir.

Bu barədə Milli Məclisin növbədənkənar iclasına çıxarılan "Vergilər Məcəlləsi"nə ediləcək dəyişikliklərdə nəzərdə tutulub.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda göstərilir ki, həmin maddəyə görə investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslərə "investisiya təşviqi sənədi" verilməsi təklif edilir.

Qeyd olunur ki, investisiya təşviqi sənədi – investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydasına uyğun olaraq verilən və məcəllədə nəzərdə tutulmuş güzəştlərin əldə edilməsinə əsas verən sənəddir.

Həmin məcəlləyə əlavə edilmiş digər maddəyə görə investisiya təşviqi sənədi almış hüquqi şəxslərdə və fərdi sahibkarlarda vergitutma qaydaları haqqında məlumat verilir.

Belə ki, investisiya təşviqi sənədini almış şəxs təsərrüfat və digər vergitutma obyektlərini Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə, mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni şəxsə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir.
İnvestisiya təşviqi sənədi əvvəllər almış şəxs yeni investisiya layihəsinə əsasən istehsal sahəsi qurduqda, bu Məcəllə ilə müəyyən edilmiş vergi güzəştləri şəxsin yeni investisiya layihəsi üzrə İnvestisiya təşviqi sənədi alındığı tarixdən hesablanır.

İnvestisiya təşviqi sənədi almış şəxs vergi güzəştlərinin tətbiq olunduğu dövrdə investisiya layihəsinə aid olmayan fəaliyyət göstərdikdə həmin fəaliyyətlə bağlı gəlirlərin və xərclərin uçotunu ayrıca aparmalı və bu fəaliyyətə görə əldə etdiyi gəlirlərdən vergiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəyir.