XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

09 Avqust 2019 - 18:44

Sabunçuda yataqxana binası yanır- FOTO

Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu qəsəbəsində yataqxana binası yanır.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-in “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonu, Sabunçu qəsəbəsində yataqxana binasında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.