XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

09 Avqust 2019 - 18:51

Prezident Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri təsdiqləyib- Qanun imzalandı

Prezident İlham Əliyev Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

“Report” xəbər verir ki, sənədə əsasən, Cinayət Məcəlləsinin 308-2.1-ci maddəsinə “açıq tender üsulu ilə” sözlərindən sonra “və ya açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə” sözləri və “metodlarından” sözündən sonra “(vasitəsindən)” sözü əlavə edilib.

İnzibati Xətalar Məcəlləsində (İXM) 445-1.1.2-ci maddəyə “açıq tender üsulu ilə” sözlərindən sonra “və ya açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə” sözləri və “metodlarından” sözündən sonra “(vasitəsindən)” sözü əlavə edilib.

Həmçinin İXM-ə 445-1.6-cı maddə əlavə edilib. Həmin maddəyə əsasən, satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.