XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

10 Avqust 2019 - 10:31

Zakir Həsənov Rusiya Müdafiə nazirinə başsağlığı verib:"Sizinlə birlikdə kədərlənirik"

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən (MN) APA-ya verilən məlumata görə, başsağlığında deyilir:

“Arxangelsk vilayətində yerləşən hərbi poliqonda baş vermiş hadisə nəticəsində “Rosatom” şirkətinin əməkdaşlarının faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.

Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını diləyirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.