XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

10 Avqust 2019 - 18:06

İngiltərə Premyer Liqası:“Mançester Siti” komandası ilk oyunda böyük hesablı qələbə qazanıb

Avqustun 10-da futbol üzrə İngiltərə Premyer Liqasının sonuncu çempionu “Mançester Siti” komandası cari mövsümdə ilk oyunda səfərdə “Uest Hem” ilə üz-üzə gəlib.

Azərtac xəbər verir ki, görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb – 0:5. “Şəhərlilər”in hücumçusu Rahim Sterlinq yeni mövsümə het-triklə başlayıb. Qabriel Jesusun 25-ci dəqiqədə hesabı açdığı görüşdə Rahim Sterlinq 51-ci, 75-ci və 90-cı dəqiqələrdə rəqib qapısına yol tapıb. Digər qolu isə meydana yeni daxil olan Serxio Aqüero 86-cı dəqiqədə 11 metrlik cərimə zərbəsindən vurub.

Xatırladaq ki, “Mançester Siti”nin əsas rəqiblərindən olan “Liverpul” Premyer Liqanın açılış görüşündə doğma meydanda “Norviç” klubuna 4:1 hesabı ilə qalib gəlib.