20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə “BakuBus” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə Şəhidlər Xiyabanı istiqamətində hərəkətdə olan "BakuBus”a məxsus 3 və 6 nömrəli marşrut xətləri Respublika İncəsənət Gimnaziyasına qədər hərəkət edəcək.