XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

11 Avqust 2019 - 22:50

Türkiyənin Qızıl Aypara Cəmiyyəti 51 ölkədə qurban kəsəcək –Xeyirsevər vətəndaşların dəstəyi ilə

Türkiyənin Qızıl Aypara Cəmiyyəti dünyanın 51 ölkəsində qurban kəsəcək.

Xeyirsevər vətəndaşların dəstəyi ilə həyata keçirilən kampaniyaya bayram namazından sonra start verilib.

Kəsilən qurbanlıqların, Türkiyə də daxil olmaqla, dünyanın 51 ölkəsində ehtiyacı olan 4,5 milyon insana paylanması nəzərdə tutulur.

Türkiyədə kəsiləcək qurbanlıqların bir hissəsi bişirilib qovurma halına salınaraq 800 qramlıq qablaşdırmalarda sahiblərinə çatdırılacaq.

Bu il ilk dəfə olaraq 5 və 10 kiloluq qablaşdırmalarda da ətlərin paylanması nəzərdə tutulub. /Azərtac