XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 May 2015 - 10:44

Ərdoğan yenə birinci oldu

erdoqan.jpg

Türkiyədə 7 iyun parlament seçkilərinə bir ay qalmış MetroPoll sorğu şirkəti ictimai rəy sorğusunun nəticələrini açıqlayıb.

Sorğunun nəticələrinə əsasən AKP-nin 42,5%, CHP-nin 24,6%, MHP-nin 17,6%, HDP-nin isə 10,2% səs alacağı proqnozlaşdırılır.

Sorğunun nəticələri CHP və MHP-yə səs verməyə hazır olanların sayının azaldığını, AKP-ni dəstəkləyənlərin sayının isə artıdığını göstərib. Ekspertlər bunu keçmiş baş nazir, hazırda isə president postunu tutan Rəcəb Tayyib Ərdoğanın AKP lehinə fəal təbliğat aparması ilə izah edirlər. Qeyd olunur ki, AKP yox, əslində yenə Ərdoğan birinci oldu.

Strateq.az