XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

19 Yanvar 2016 - 12:29

Gömrük Komitəsi daha bir iddiaya cavab verdi -[color=red] Rəsmi

Dövlət Gömrük Komitəsi Azərbaycana idxal olunan texniki təyinatlı kartofun əhaliyə qida məhsulu kimi satılması barədə ittihamlara reaksiya verib.

Strateq.az xəbər verir ki, Komitə son günlər bir sıra kütləvi informasiya vasitələrində texniki təyinatlı və heyvandarlıqda yem kimi istifadə olunan kartof, buğda məhsullarının ölkəyə gətirilməsi və qida məhsulu kimi əhaliyə satılması barədə yayılan məlumatı təkzib edib:

"Yayılan məlumatlarda o da vurğulanır ki, bu məhsullar qanunvericilikdə nəzərdə tutulan sertifikatlar və müvafiq sənədlər olmadan idxal olunur.

Dövlət Gömrük Komitəsi bildirir ki, səsləndirilən bu kimi fikirlərin heç bir əsası yoxdur. Belə ki, ölkəyə idxal olunan bütün ərzaq məhsulları qanunvericiliklə müəyyən edilən sertifikatlar və müvafiq mal müşayiət sənədləri ilə təmin olunur. Bu qəbildən olan malları gömrük sərhədindən keçirilmək istəyən fiziki və hüquqi şəxslər Kənd Təsərrüfatı Nazirliyinin idxal karantin icazə məktubunu, Səhiyyə Nazirliyinin gigiyenik sertifikatını gömrük orqanına təqdim edir, daha sonra isə gömrük-sərhəd buraxılış məntəqəsində bitki karantin xidməti şöbəsinin əməkdaşları mallara vizual baxış keçirir.

Onu da qeyd edək ki, gigiyenik sertifikat idxal olunması nəzərdə tutulan məhsullar labarator müayinədən keçirildikdən sonra verilir. Əks halda sənədləri qanunvericiliyin tələblərinə cavab verməyən istənilən mal ölkə ərazisinə buraxılmır".