XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 August 2019 - 13:56

Qaxda avtoqəza:bir ailədən 3 nəfər ölüb

Qaxda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, avqustun 10-da saat 23.00 radələrində Qax şəhəri ərazisində rayon sakini Akif Ağayevin idarə etdiyi “VAZ-21099” və Zaqatala rayon sakini Ç.Kərimzadənin idarə etdiyi “Ford Edge” markalı avtomobillər toqquşub.
Nəticədə A.Ağayev və sərnişinlərindən arvadı Leyla, bacısı oğlu Tural Nəzərov hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.