XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2016 - 13:50

“Filiallar bağlanır, işçi heyətində ixtisarlar aparılır” – [color=red]AMFA-dan açıqlama

Bank olmayan kredit təşkilatları xərclərin optimallaşdırılması istiqamətində tədbirlər görməyə başlayıb.

Strateq.az fins.az-a istinadən bildirir ki, Azərbaycanda manatın təkrar devalvasiyasından sonra bank olmayan kredit təşkilatları xərclərin optimallaşdırılması istiqamətində tədbirlər görməyə başlayıb.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyevanın sözlərinə görə, hazırda bank olmayan kredit təşkilatları gəlirliliyi aşağı olan filiallarını bağlayır, işçi heyətində ixtisarlar aparır:

“Bundan başqa, krediti qaytarmaqda çətinliyi olan müştərilərə onların cari vəziyyətdə ödəmə imkanlarına uyğunlaşdırılmış ödəniş qrafiki təqdim olunur. Müştərilərin kredit tarixçəsi və ödəmə qabiliyyəti əsasında kreditləşmə də az da olsa, davam edir. Üstünlük uzunmüddətli müştərilərə verilir”.