Şabran rayonunda intihar faktı qeydə alınıb.
APA-nın verdiyi xəbərə görə, Xaçmaz sakini, 1973-cü il təvəllüdlü Sədullayev Siyavuş İkram oğlu Şabran rayonunda özünü asıb. İntiharın səbəbləri araşdırılır.
Faktla bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.