XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 August 2019 - 21:17

Sabirabadda bədbəxt hadisə:azyaşlı yanaraq öldü

Sabirabadda azyaşlı qız ot tayasında yanaraq ölüb.

APA-nın məlumatına görə, Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 2015-ci il təvəllüdlü Həsənova Yağmur Şamil qızı valideynlərinin diqqətindən yayınaraq kibritlə oynayıb və ot tayasına od vurub. Nəticədə yanan taya onun üstünə aşıb və uşaq yanaraq ölüb.

Uşağın meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.

Faktlq bağlı araşdırma aparılır.