Goranboy rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
“Report”un məlumatına görə, hərəkətdə olan “VAZ” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.