Samux rayonunda bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.
2014-cü il təvəllüdlü Zeyid Həsənli ağır vəziyyətdə xəstəxanaya gətirilib. Onun həyətlərindəki hovuza düşərək boğulduğu deyilir. Azyaşlı hazırda özəl xəstəxanaların birinə yerləşdirilib.
Samux Rayon Polis Şöbəsində hadisənin təfərrüatları araşdırılır.