XƏBƏR LENTİ

13 Noyabr 2019
12 Noyabr 2019

Digər Xəbərlər

14 Avqust 2019 - 09:15

Moskva rəhbərliyi müxalifətin 17 avqust yürüşünə icazə vermədi –Mindən çox adam təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb

Moskva rəhbərliyi müxalifətin avqustun 17-də keçirilməsi istənilən yürüşə icazə verməyib.

Moskvadakı aksiyalarda 60 minə qədər adamın iştirak etdiyi bildirilir.

Moskva şəhər dumasına müxalifət nümayəndələrinin qeydiyyata alınmamasından sonra etiraz nümayişləri başlayıb.

İyulun 27-dən avqustun 3-dək baş tutuan mitinqlərdə mindən çox adam təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Avqustun 10-da isə müxalifətin son yeddi ildəki ən böyük yürüşü Moskvanın Saxarov prospektində baş tutub.

Rusiya Daxili İşlər Nazirliyi Moskvadakı son mitinqdə 20 min iştirakçının, digər mənbələr isə bu rəqəmin 49 mindən çox olduğunu bildirirlər.

Ötən iki həftədə baş tutan icazəsiz aksiyalarda 2 mindən çox insan saxlanılıb və 13 nəfərə qarşı cinayət işi açılıb. /APA