XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 August 2019 - 09:45

Türkiyə HHQ İraqın şimalında əməliyyat keçirdi:2 terrorçu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında yerləşən Metina rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.

Bildirilir ki, zərbələr nəticəsində 2 PKK terrorçusu zərərsizləşdirilib.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda “Pənçə” (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar. /Trend