XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 January 2016 - 08:25

Sükut dəqiqəsi

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilib.

Azertag.az xəbər verir ki, Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər planına uyğun olaraq, respublikanın bütün şəhər və rayon, kənd və qəsəbələrində, idarə və müəssisələrində anma mərasimləri keçirilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Azərbaycan paytaxtının yüz minlərlə sakini yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.