XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 August 2019 - 17:14

Yasamalda məcburi köçkünlərin yaşadığı binanın həyətində yanğın olub –VİDEO

Bakıda məcburi köçkünlərin yaşadığı binanın həyətyanı sahəsində yanğın baş verib. 

“Report”un məlumatına görə, hadisə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Nəticədə otlaq və yardımçı yarımtikililər də daxil olmaqla, təxminən 3000 kvadratmetr ərazi yanğına məruz qalıb.

Yanğın söndürülüb, alovun yaşayış binalarına keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.