XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2016 - 09:39

Hirkan Mill Parkında yanğın – [color=red]Yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub

Hirkan Mill Parkında yanğın hadisəsi baş verib.

Yanğın Hirkan Milli Parkı Lənkəran rayonu ərazisinin Türkəncil və Lerik rayonunun "40-cı km" adlanan ərazisində olub.

Hadisə yerinə Lerik və Lənkəran Rayon Yanğından Mühafizə Xidmətinin (RYMX) 6 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Lənkəran RYMX-dən report.az-a bildirilib ki, meşə massivindən kənarda yerləşən kol-koslar yanıb. Lakin kənd sakinləri yanğının daha geniş sahəni əhatə etdiyini və parkın ərazisində baş verdiyini deyiblər. 

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.