XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2016 - 09:47

Putin yəhudilərə üz tutdu: [color=red]”Rusiyaya köçün”

yehudi-1.jpg

Rusiya prezidenti Vladimir Putin Avropa yəhudilərini Rusiyaya köçməyə çağırıb.

Ölkə.az xəbər verir ki, Avropa yəhudilərinin rəhbərləri ilə görüşən Putin onlara Avropanı tərk edib Rusiyaya gəlmələrini məsləhət görüb.

"Avropada antisemit meyilləri artmaqda, faşizm meyilləri güclənməkdədir. Mən Avropadan hazırlanmış reportajlara baxmışam. Yəhudilər orada öz fəslərini geyinib küçəyə çıxmağa qorxurlar. Hətta çoxları öz milliyətini və mənsub olduğu dini gizlətməyə çalışırlar. Mən sizi Rusiyaya dəvət edirəm, burada özünüzü təhlükəsizlikdə hiss edəcəksiniz", – deyə Putin Avropa Yəhudi Konqresinin liderləri ilə görüşündə bildirib.

Analitiklərin fikrincə, Putin Avropadakı varlı yəhudi diasporunun kapitalını Rusiyaya çəkmək və onların köməyi ilə iqtisadi böhrandan qısmən də olsa çıxmaq istəyir.