Bu gün UEFA Superkubokunun qalibi bəlli olub.
Türkiyənin İstanbul şəhərində keçirilən görüşdə iki ingilis klubu üz-üzə gəlib.
Ötən mövsüm Çempionlar Liqasını qazanan “Liverpul”la Avropa Liqasının qalibi “Çelsi” qarşılaşıb.
Oyunun əsas vaxtı 1-1 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar hərəyə daha bir top vurub. Qalib penalti zərbələrindən sonra müəyyən edilib. Penaltilərdə “Liverpul” oyunçuları daha dəqiq olub. Penalti seriyası 5-4 hesabı ilə başa çatıb.