XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 August 2019 - 15:31

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb –22%

Bu ilin iyul ayında Azərbaycandan Gürcüstana 2,11 milyon ABŞ dolları məbləğində pul köçürülüb.

Bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% çoxdur.

Azərbaycandan Gürcüstana pul köçürmələri ümumi köçürmələrdə 1,4% paya malik olub. Qeyd edək ki, iyulda Gürcüstana xarici ölkələrdən 154,5 milyon dollar pul köçürülüb. Bu, illik müqayisədə 10,1 milyon dollar və yaxud 7% çoxdur.

Hesabat ayında Gürcüstandan xarici ölkələrə isə 19,2 milyon dollar pul köçürülüb ki, bu da 1 il əvvələ nisbətən 1,6 və yaxud 0,3 milyon dollar çoxdur. (Report)