XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

15 Avqust 2019 - 19:35

Sərhəd Qoşunlarının ilk əsgərləri təltif olundu –FOTOlar

Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yaranan Sərhəd Qoşunlarının hərbi hissələrində şəxsi heyətin siyahısına ilk daxil edilən əsgərlərin “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunması mərasimi keçirilib.

Strateq.az Dövlət Sərhəd Xidmətinə istinadla bildirir ki, bununla bağlı keçirilən tədbirdə 1992-ci il avqustun 22-də ümummilli lider Heydər Əliyevin şəxsi iradəsi, nüfuzu və qətiyyəti sayəsində üçrəngli bayrağımızın müasir dövrdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində ilk dəfə Naxçıvan sərhəd dəstəsində qaldırılması və Ulu Öndərin xeyir-duası ilə Sərhəd Qoşunlarının yaradılmasının məhz Naxçıvandan başlanması qürur hissi ilə qeyd edilib.

Ümummilli liderin çağırışı ilə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda könüllü olaraq döyüşlərə qatılan sərhədçilərdən ibarət xüsusi təyinatlı taborun Ağdərə istiqamətində mərdliklə vuruşması, bu döyüşlərdə rəşadət və şücaət nümunələri göstərməsi minnətdarlıq hissi ilə xatırlanıb, şəhid olmuş sərhədçilər ehtiramla yad ediliblər.

Mərasimdə veteran sərhədçilərə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təqdim olunub. Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı sənədli film maraqla izlənib.