XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

15 Avqust 2019 - 21:34

Bakıda yol qəzası:mühərrikin yağı yola dağılıb, hərəkətdə problem yaranıb
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, rayonun Qara Qarayev prospekti ilə Bəhruz Nuriyev küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, Prospektlə hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü “dayan” nişanının tələblərini pozaraq yüksək sürətlə qarşıdakı “Toyota PRADO” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən hər iki avtomobil yolayırıcı beton pilitəyə çırpılıb. Hadisə nəticəsində BMW-nin mühərrik yağı yola dağılıb və bu səbəbdən prospektdə nəqliyyatın hərəkətində problem yaranıb. Əraziyə cəlb olunan polis əməkdaşları yolun dərhal təmizlənməsi istiqamətində aidiyyəti orqanları məlumatlandırıb.