XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

16 Avqust 2019 - 14:36

Zakir Həsənov Rusiyaya gedir –“Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə naziri, həmçinin “Tank biatlonu” müsabiqəsində yüksək nəticə əldə edərək finala yüksələn Azərbaycan tankçılarının çıxışını izləyəcək.

Final yarışlarında komandamız birinci divizionda Rusiya, Belarus və Qazaxıstan komandaları ilə mübarizə aparacaq.