Bakıda itkin düşən bacı-qardaş Bərdə rayonunda tapılıb.
Polis əməkdaşları azyaşlıları qohumlarına təhvil veriblər.
Uşaqların anası Çiçək Abbasova bildirib ki, övladları Bərdə rayonu ərazisində tapılıblar: “Uşaqları evimdə qonaq etdiyim Gözəl adlı xanım oğurlayıb. Hal-hazırda uşaqlar Bərdədədir. Bərdədə qohumlarım var orada qalacaqlar. Mən də indi Bakıdan çıxıb Bərdəyə gedirəm”. (APA)