XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

16 Avqust 2019 - 18:40

Təmayül sinifləri 15 şagirddən az olmamaqla komplektləşdirilir –Nazirlik

Ümumi orta təhsil səviyyəsini yüksək qiymətlərlə bitirən şagirdlər meyl və maraqları, təlim nailiyyətləri, gələcək ixtisas yönümü nəzərə alınmaqla məktəbdə təşkil edilmiş təmayül siniflərinə qəbul olunurlar.

Nazirlikdən verilən məlumata görə, “Ümumi təhsil haqqında” qanuna əsasən, təmayül sinifləri 15 şagirddən az olmamaqla komplektləşdirilir. Təmayül siniflərinə şagird seçimi hər dərs ilinin II yarımilinin əvvəlindən başlanılır. Şagird sayı az olan və bir-birinə yaxın ərazidə yerləşən müxtəlif məktəblərin şagirdlərindən seçilmiş bir məktəbdə təmayül sinifləri təşkil oluna bilər. Bu zaman həmin təhsil müəssisəsinin əlverişli coğrafi mövqedə yerləşməsi, yol infrastrukturu, məktəbdə peşəkar və təcrübəli müəllimlərin olması kimi amillər nəzərə alınır.

Meyl və maraqları müxtəlif istiqamətli olan şagirdlərdən ibarət yaxın 2 təmayül sahəsini əhatə edən siniflər (qoşa təmayüllü) təşkil oluna bilər. Bu siniflərdə uyğun təmayül siniflərilə yanaşı, “Azərbaycan dili”, “Azərbaycan tarixi”, “Xarici dil”, “Riyaziyyat”, “İnformatika”, “Fiziki tərbiyə”, “Çağırışaqədərki hazırlıq” fənləri tədris olunur.