Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,23 dollar artaraq 28,58 dollar təşkil edib.
"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında "Brent" markalı neftin 1 barrelinin dəyəri 0,29 dollar artaraq 28,17 dollar olub.
Azərbaycan nefti isə ucuzlaşmaqda davam edib. “APA-Economics"in məlumatına görə, ötən gün "AzeriLight" markalı neftin bir barelinin qiyməti 1,09 dollar və ya 3,64% azalaraq 28,82 dollar təşkil edib.