XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

07 May 2015 - 13:11

Putin prezidentə təbrik məktubu göndərdi –MƏTN

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə təbrik edib.

V. Putinin məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu! Sizi və Azərbaycanın bütün vətəndaşlarını Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Böyük Qələbə amansız düşmənə qarşı çiyin-çiyinə vuruşmuş və dünyanı nasizmdən xilas etmiş xalqlarımızın ümumi, misli-bərabəri olmayan sərvətidir. Bu gün bizim borcumuz həlak olmuş qəhrəmanların xatirəsini göz bəbəyi kimi qorumaq, müharibə veteranlarını qayğı ilə əhatə etmək, keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir.

Əminəm ki, Böyük Vətən müharibəsi illərində möhkəmlənmiş qardaşlıq və dostluq Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin ölkələrimizin rifahı, Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə gücləndirilməsi üçün bundan sonra da etibarlı zəmin olacaq.

Hörmətli İlham Heydər oğlu, Sizdən Azərbaycanda yaşayan Böyük Vətən müharibəsi veteranlarına minnətdarlıq dolu ən səmimi sözlərimi, möhkəm cansağlığı və uzun ömür arzularımı çatdırmağı xahiş edirəm”.