XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

19 Avqust 2019 - 11:23

Ramil Quliyev:“Ən böyük hədəfim dünya çempionu titulunu qorumaqdır”

“Dünya çempionatının startına qədər 4 yarışım qalıb. Avqustun 20-21-də Bursa Olimpiya Stadionunda Super Liqa finalında “Fənərbaxça”nın şərəfini qoruyacağam”.

Bunu Türkiyə yığmasının atleti Ramil Quliyev deyib.

Qonşu ölkənin şərəfini qoruyan azərbaycanlı idmançı bu il keçiriləcək dünya çempionatına Rusiya paytaxtı Moskvada hazırlaşıb. R.Quliyev Türkiyə mətbuatına açıqlamasında hazırlığı və qarşıdakı yarışlar barədə danışıb: “Ümid edirəm ki, mövsümü Türkiyədəki kimi yaxşı nəticə ilə yekunlaşdıraram. Ardınca Brilyant Liqanın Paris mərhələsi və Brüsseldəki finalı qalır. Avropa – Amerika qarşılaşması və sonradan mövsümün ən önəmli yarışı dünya çempionatında qüvvəmi sınayacağam. Ən böyük hədəfim dünya çempionu titulunu qorumaqdır. Bunun üçün Moskvadakı hazırlıqlar da yaxşı keçib. Hava bir az soyuq olsa da, yaxşı məşq edə bildim. Rusiya toplanışından sonra bir neçə gün İstanbulda qalıb, sonradan Antalyaya yollanacağam. Dünya çempionatının hazırlıqlarını orada yekunlaşdıracağam”.

Bir neçə gün əvvəl rusiyalı atlet Yekaterina Zavyalova ilə evlənən R.Quliyev ailə həyatı barədə də fikirlərini bölüşüb: “Eyni işi gördüyümüz üçün bir-birimizi əla başa düşürük. Nəyi isə anlatmağa ehtiyac yoxdur. Evə yorğun gəldiyində özün işləri görürsən. “Yoruldun” deyə soruşmursan. Çünki hər durumu anlayırsan. Çox gözəl dəstəklə idmanla məşğul oluruq”.

Y.Zavyalova dünya çempionatında da R.Quliyevə dəstək olacağını bildirib: “Bu mövsüm çox çalışdıq. Dünya çempionatında gözəl nəticə üçün mübarizə aparacağıq. Əlimdən gələni edəcək, ona hər cür dəstək olacağam. Ailə dəstəyi yaxşı olur. İdmançı olduğum üçün daxili məsələləri bilirəm. Bir-birimizi çox sürətli və yaxşı anlayırıq. Ona görə də dəstək verə bilirik”. (APA)