XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 August 2019 - 14:14

Ədliyyə Nazirliyinin Kino İttifaqı ilə bağlı qərarı –Rəhbər orqanlar təsdiq edildi

Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin verdiyi xəbərə görə, Ədliyyə Nazirliyi İttifaqın bütün orqanlarının səlahiyyətlərini, o cümlədən sədri Rüstəm İbrahimbəyovun səlahiyyətini təsdiq edib.

16 iyul konfransında seçilmiş sədr və idarə heyətinin səlahiyyət müddəti dörd ildir.

İttifaqı katibi Əli İsa Cabbarovun bildirdiyinə görə, 1963-cü ildə təsis olunmuş İttifaqın heç vaxt qeydiyyat problemi olmayıb, sadəcə İttifaqın Nizamnaməsini QHT-lər haqda qununun tələbinə uyğun redaktə etmək və rəhbər orqanları yenidən seçmək tələb olunurdu. 16 iyul konfransı da bu məqsədin öhdəsindən uğurla gəldi.

Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətləri təsdiq olunmuş İdarə Heyətinə sədr Rüstəm İbrahimbəyov, Anar, Rasim Balayev, Cəmil Fərəcov, Ziya Şıxlinskiy, Əli İsa Cabbarov, Firəngiz Qurbanova, Baba Vəzir oğlu, Məbud Məhərrəmov, Şükufə Yusupova , Əsəd Əsədov , Həmidə Ömərova, Nizami Abbas, Tahir Əliyev, Lalə Əfəndiyeva, Oleq Səfərəliyev, Cavid İmamverdiyev və Mirbala Səlimli daxildir.