XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

19 Avqust 2019 - 21:09

Sürücülərin nəzərinə:Bu yolda radarlar quraşdırılacaq

Yol-nəqliyyat hadisələrinə səbəb olan əsas amillərdən biri də yüksək sürətdir.

Belə hadislərin qarşısının alınması üçün yollarda quraşdırılan sürətölçən radar və digər elektron cihazlar həm də profilaktik rola malikdir. Sürücülər radara düşməmək, cərimə olunmamaq üçün sürət həddini aşmamağa çalışırlar. Sürücülər bildiriblər ki, Ələt-Atara yolunun Biləsuvar rayonundan Astaraya qədər olan hissəsində radar cihazları quraşdırılmayıb. Bu isə sürücülərin yüksək sürətlə hərəkət etməsinə səbəb olur ki, nəticədə həm avtomobillər, həm də piyadalar üçün təhlükəli vəziyyət yaranır.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev “Report”a bildirib ki, yol polisi əməkdaşları tərəfindən hərəkət iştirakçılarının təhlükəsizliyinə daim diqqət yetirilir və lazımı tədbirlər həyata keçirilir. “Zərurət olan yerlərdə yollar xüsusi texnika vasitəsilə təchiz ediləcək” – deyə R.Quliyev bildirib.