XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

20 Avqust 2019 - 09:40

ABŞ Dövlət Departamenti:"Biz bu zorakılığı qınayırıq və atəşin dayandırılmasını istəyirik”

ABŞ Dövlət Departamenti Suriyada Türkiyəyə məxsus hərbi karvanının atəşə tutulmasını qınayıb və Bəşər Əsədi və müttəfiqlərini atəşkəsə riayət etməyə çağırıb.

Bu barədə Departamentin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs Twitter səhifəsində yazıb: “Bəşər Əsəd rejimi və müttəfiqləri indi İdlibdə atəşkəs rejiminə riayət etməlidir. Bu gün (bazar ertəsi-red.) Türkiyəyə məxsus hərbi karvan ehtiyatsızlıq üzündən atəşə tutulub. Atəşkəsin pozulması nəticəsində humanitar missiyalı insanlar, mülki əhali əziyyət çəkir, ifrastruktur dağılır. Biz bu zorakılığı qınayırıq və atəşin dayandırılmasını istəyirik”.

Qeyd edək ki, Türkiyənin NTV kanalının verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin zirehli maşınlarından ibarət karvan mövqeləri gücləndirmək məqsədilə İdlibdəki 7 nömrəli müşahidə postundan 9 nömrəli posta keçərkən Suriya qoşunlarının hücumuna məruz qalıb. Hökumət qüvvələri karvanın hərəkət etdiyi yolu vurub və zirehli maşınların yaxınlığında bir neçə mərmi partlayıb. Ehtimal olunan zərərin qarşısını almaq məqsədilə karvanın hərəkəti dayandırılıb və komandanlıq hadisə yerinə plotsuz aparatlar göndərib. /APA