XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2016 - 12:40

Azərbaycanda ötən ilin əkiz və üçəmləri [color=red]- Rəsmi statistika

Ötən il Azərbaycanda 2774 əkiz və 78 üçəm körpə doğulub.

Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2015-ci ilin yanvar-noyabr ayları ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 152,4 min doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 17,4 təşkil edib. Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini qız uşaqları təşkil edir.

İlin əvvəlindən ölkə əhalisinin sayı 103,8 min nəfər və ya 1,1 faiz artaraq 2015-ci il dekabr ayının 1-i vəziyyətinə 9696,8 min nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sayı 112 nəfərdir. Əhalinin 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə orta hesabla 1009 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2015-ci ilin 11 ayı ərzində 50,0 min ölüm halı qeydə alınıb və 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.

Qeydiyyat şöbələri tərəfindən ölkədə 63,1 min nikah və 11,7 min boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,3 təşkil edib.

Cari ilin yanvar-noyabr ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2494 nəfər gələn və 1082 nəfər ölkədən gedən qeydə alınıb.