XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

20 Avqust 2019 - 10:27

Qubada meşəlikdəki yanğını söndürmək mümkün olmayıb –İcra Hakimiyyətindən açıqlama

Quba rayonunda meşə-kolluq ərazidə başlayan yanğın gecə də davam edib.

Şabran rayonu ərazisindən başlayan yanğın Qubada böyük ərazini əhatə edib.

Küləkli hava şəraiti və ərazinin dağlıq relyefə malik olması yanğının söndürülməsinə ciddi çətinliklər yaradır.

Quba Rayon İcra Hakimiyyətindən “Report”a verilən məlumata görə, çətinliklərə baxmayaraq, yanğının söndürülməsi işləri davam edib, nəticədə yanğın lokallaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.