XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

20 Avqust 2019 - 11:45

Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın –FHN qüvvələri cəlb edilib, sakinlər təxliyyə olunub

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

Strateq.az FHN-ə istinadla xəbər verir ki, nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələr arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyyə edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.