XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

08 May 2015 - 04:43

XİN: “Dağlıq Qarabağda “seçkini” müşahidə edən əcnəbilər “qara siyahı”ya salınacaq”- MÖVQE

xin foto.jpg

“Ermənistan tərəfinin şişirtmələrinə baxmayaraq, bu “seçkilər”də 20-30 nəfər əcnəbi şəxs özü-özünü “müşahidəçi” adlandıraraq “seçkilərdə” iştirak edib. Ermənistan tərəfinin iddiasına gəldikdə, yəni guya orada 110 nəfər “müşahidəçi” olub, onların əksəriyyəti Ermənistan vətəndaşlarıdır”.

Bu sözləri XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Dağlıq Qarabağada qondarma rejimin keçirdiyi “parlament seçkilərini” müşahidə edən ayrıayrı xarici ölkə vətəndaşlarının addımlarına münasibət bildirərəkən deyib. (Yeni Müsavat)

Onun sözlərinə görə, bu qanunsuz “seçkilər”də özünü “müşahidəçi” adlandıran şəxslər heç bir halda müşahidəçi kimi qəbul olunmur və oluna da bilməz: “çünki seçkilərdə əcnəbi ölkə vətəndaşların müşahidəçi kimi təmsil olunması hüquqi əsaslarla tənzimlənir.

Diplomat qeyd edib ki, saxta və qanunsuz prosesdə iştirak edən “müşahidəçilər”in əksəriyyəti onsuz da arzuolunmaz şəxslər siyahısındaydı: “Bunların arasında öz radikal, şovinist və dini nifaq yarada biləcək fikirləri ilə fərqlənən fikirləri ilə Fransa vətəndaşı Fransua Roşplan və Slovakiya vətəndaşı Mikloşka da var. Onların da əksəriyyəti marginal siyasi qrupların təmsilçiləridir”. H.Hacıyev həmin ölkələrə bilavasitə etiraz bildirilmədiyini vurğuladı: “çünki bunlar fərdi əsasda fəaliyyət göstərən şəxslərdir. Amma onlar arzuolunmaz şəxslərdir. Hətta onlardan biri – Mikloşka barəsində cinayət işi açılıb və İnterpol vasitəsilə axtarışa verilib”.

Rusiyada “seçkiləri” tanımaqla bağlı çağırış edənlərə gəldikdə, XİN rəsmisi dedi ki, onlar da marginal siyasi qrupların üzvləridir: “ATƏT-in Minsk Qrupunun həmsədri və fərdi əsasla Rusiya Federasiyasının bu “seçkilər”lə əlaqədar bəyanatı var. Bu çağırış əslində ölkənin rəsmi siyasi mövqeyinə əksdir. ölkənin rəsmi mövqeyi olduğu halda belə bir çağırışa hüquqi və siyasi əsas yoxdur. Bu, həmin ölkənin siyasətinə də zidd mövqedir”.

H.Hacıyev deyib ki, bunlar arzuolunmaz şəxslər siyahısına salınacaq: “Müsbət haldır ki, beynəlxalq birlik tərəfindən “seçkilər”lə əlaqədar ortaya konkret mövqe qoyulub. 40-dan artıq dövlətin fərdi qaydada verdiyi bəyanatlar var. Hətta İslam Əməkdaşlıq Təşkilatı, Avropa Birliyi, NATO kimi təşkilatların bəyanatı var ki, bu da üzv ölkələrin mövqeyini ortaya qoyur. Beynəlxalq birliyin qəti bir mövqeyi var ki, bu “seçkilər” legitim və qanuni hesab edilə bilməz”.