XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 August 2019 - 22:55

Gömrük Komitəsi 3 ölkə ilə gömrük yoxlamalarını sadələşdirəcək- Avtobus səfərlərində

Gömrük Komitəsi Türkiyə, Gürcüstan və Rusiyaya avtobus səfərlərində gömrük yoxlamalarını sadələşdirmək niyyətindədir.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azərtac-a açıqlama verilib.

Bildirilib ki, Komitə hazırda üç ölkə ilə bu istiqamətdə danışıqlar aparır. Layihənin icrası üçün memorandumun hazırlanması işləri görülür.

Layihə tətbiq olunduğu halda Bakıdan Türkiyə, Rusiya və Gürcüstana gedən və əks istiqamətdə gələn avtobuslar yalnız bir dəfə başlanğıc nöqtəsində gömrük yoxlanışından keçəcək.