XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2019 - 17:27

Taxta bazarındakı yanğınla bağlı Dərnəgül yoluna giriş bağlanıb –BNA-dan açıqlama

Baksol yolu adlanan ərazidəki taxta bazarında baş verən yanğınla əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.

Strateq.az Bakı Nəqliyyat Agentliyinə istinadla bildirir ki, nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkəti üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələri xahiş olunur.