XƏBƏR LENTİ

23 Sentyabr 2019

Digər Xəbərlər

22 Avqust 2019 - 18:15

Taxta bazarındakı yanğın söndürülüb –Sahibkarlara ciddi zərər dəyib

Paytaxtın Nərimanov rayonu ərazisində, Baksol yolu yaxınlığındakı tikinti materialları bazarında baş verən yanğın məhdudlaşdırılıb.

Strateq.az xəbər verir ki, hazırda yanğının tam söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi son tamamlanma işlərini davam etdirirlər.

Məlumata görə, hadisə nəticəsində xeyli mağazalara zərər dəyib.