Bakıda taxta bazarında baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb.
Strateq.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində xəsarət alanlardan 5 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır: “Onlardan 3-nə yerində ilkin tibbi yardım göstərilib. Digər 2 nəfər və 1 adi vətəndaş xəstəxanaya yerləşdirilib”.
Xatırladaq ki, paytaxtın Nərimanov rayonu ərazisində taxta bazarı adlanan ərazidə güclü yanğın başlayıb.